Bakıda təcili yardım maşını qəzaya düşüb - Yol bağlandı - FOTO
15 May 2024
16:33 - 4 May 2023
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Hubble Kosmik Teleskopu bir-biri ilə qarşılıqlı əlaqədə olan "qeyri-adi parlaq" qalaktikaların fotoşəkillərini çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA-dan verilən açıqlamada, çoxluqlar halında bir-birinə təsir edən qalaktikaların mərkəzindəki kiçik bir bölgədən çox yüksək enerjinin yayıldığı və nəticədə "qeyri-adi parlaqlıq" olduğu ifadə edilib.
Qeydə alınan açıqlamada normaldan daha çox enerji yayan bu kiçik mərkəzə "aktiv qalaktika nüvəsi" (AGN) deyilir və bu parlaqlığın qalaktikanın mərkəzindəki "superkütləvi qara dəlik"dən qaynaqlandığı ifadə edilib.
Bu müşahidənin AGN fizikasını, qara dəlikləri və əsas qalaktika quruluşunu araşdıran astronomlar üçün edildiyi qeyd edilərkən, AGN-lər haqqında məlumat toplusu yaratmaq istədikləri ifadə edilib.
Manşet.az
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin