Ərdoğan Əliyevlə Türkiyənin oyununu izləyəcək

14:28 - 9 İyun 2021

Ərdoğan Əliyevlə Türkiyənin oyununu izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək. 

Manşet.az xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.

"Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin