Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
21 Noyabr 2024
00:00 - 30 Noyabr -0001
Bu il Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrində iştirak üçün rekord sayda şagird qeydiyyatdan keçib.
Manset.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev tviter hesabında yazıb.
“Bu gün Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ölkə üzrə ilk mərhələsi keçirildi. Sözügedən müsabiqələrdə iştirak üçün bu il rekord sayda – 55 mindən çox şagird qeydiyyatdan keçib”.
“Olimpiadalarda biliyini sınamaq istəyən istedadlı uşaqlarımızın sayının gündən-günə artması bizi qürurlandırır. Müsabiqələrdə iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm”, - nazir əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin