Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
19:15 - 18 İyun 2021
Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.
Manşet.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.
Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.
Qeyd edək ki, bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Sevilyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin