Xırdalanda qadın avtobusdan yıxıldı, beyninə qan sızdı

00:16 - 6 Sentyabr 2021

Xırdalanda qadın avtobusdan yıxıldı, beyninə qan sızdı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az  "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü İsayeva Vüsalə Zöhrab qızı avtobusdan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.

Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hasidəylə bağlı məlumatı təsdiqləyib.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin