Azərbaycan-Lüksemburq matçında ermənilər təxribata əl atdı - Fotolar

17:54 - 4 Sentyabr 2021

Azərbaycan-Lüksemburq matçında ermənilər təxribata əl atdı - Fotolar

Sentyabrın 1-i DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb. 

Manşet.az xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.

Bunu görən Azərbaycan Milli Yığmasının və Sumqayıt FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, həmin bayrağı onların əlindən alıb.  

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin