Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alanlar var

17:42 - 4 Sentyabr 2021

Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Lənkəran rayonunda yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, hadisə şəhərin akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, rayonun Girdəni kənd sakini, 1989-cu il təvəllüdlü Fərid Rzayevin idarə etdiyi BMW markalı avtomobil Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Ayıq Feyruz oğlu Niftullayevin sükanı arxasında olduğu "VAZ-21099" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Niftullayev xəsarətləri ağır olduğundan əməliyyata alınıb. Ona çənənin iç səthinin kəsilmiş-didilmiş yarası və sol döş qəfəsinin 4-5-6 qabırğalarının sınığı diaqnozu qoyulub, vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Report


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin