Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat etdi

16:59 - 4 Sentyabr 2021

Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat etdi

Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini N.Sadıxova 57 yaşında vəfat edib.

 

Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

 

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin