Prezident Mərkəzi Parkın üçüncü hissəsinin açılışında - FOTOLAR
7 Noyabr 2024
16:25 - 4 Sentyabr 2021
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı bu gün müqavimət qüvvələrini cəmləşdiyi Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri üzərinə hücuma keçib.
Manşet.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə özünü “Əfqanıstandan doğru məlumatlar, təhlil və informasiyalar” yayan kimi təqdim edən “AfghanUrdu” “Twitter” səhifəsi məlumat yayıb.“Hazırda taliblər üç istiqamətdən Pəncşirin paytaxtı Bazaraka hücuma başlayıblar. Onlar Bazaraka doğru irəliləyirlər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Taliban” bundan əvvəl müqavimət qüvvələrinin cəmləşdiyi Pəncşir əyalətinin Henc, Pariyan, Şotul və Annaba rayonlarını ələ keçirdiyini bildirmişdi.
Sentyabrın 3-də isə “Reuters” agentliyi “Taliban”dakı mənbələrə istinadən hərəkatın qiyamçı Pəncşir əyalətinə nəzarəti tam ələ keçirdiyi barədə xəbər yaymışdı. Lakin TASS-ın bölgədəki mənbəsi milli müqavimət qüvvələrinin bu informasiyanı təkzib etdiyini açıqlamışdı.
Xatırladaq ki, radikal “Taliban” hərəkatı ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə nəzarəti ələ keçirmək üçün hərbi əməliyyatlara başlayıb.
Avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qani hakimiyyətdən çəkilərək, ölkəni tərk edib, “Taliban” qüvvələri paytaxt Kabilə daxil olub.
Radikalların hakimiyyətə gəlməsi ilə razılaşmayan qüvvələr isə Pəncşir əyalətində müqavimətə başlayıb. Müqavimət hərəkatına mərhum səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. Sabiq vitse-prezident, Ə. Qaninin ölkəni tərk etməsindən sonra özünü müvəqqəti dövlət başçısı elan edən Əmrullah Saleh “Taliban”a qarşı olanları Əhməd Məsudu dəstəkləməyə çağırıb.
Son günlər Əmrullah Salehin Pəncşiri tərk edərək, Tacikistana qaçması barədə məlumatlar yayılsa da, o özü “Twitter” səhifəsindən bu xəbərləri təkzib edib, hazırda müqavimət bölgəsində olduğunu vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin