Gürcüstanda koronavirusdan üçüncü körpə ölümü qeydə alındı

14:54 - 4 Sentyabr 2021

Gürcüstanda koronavirusdan üçüncü körpə ölümü qeydə alındı

Tbilisidə Tstsişvili adına uşaq xəstəxanasında koronavirusa yoluxan daha bir körpə vəfat edib.

Manşet.az xəbər verir ki, 17 günlük körpə ağır vəziyyətdə Batumidən Tbilisiyə çatdırılıb.

Körpə xroniki xəstəliklərdən də əziyyət çəkirmiş. Səkkiz gün ərzində klinikada müalicə olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 infeksiyasından dünyasını dəyişən sayca üçüncü körpədir. İlk iki ölüm halı bu ilin iyul ayında qeydə alınıb.

Report


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin