Biləsuvarda yanğın olub, bir nəfər tüstüdən zəhərləndi

23:44 - 3 Sentyabr 2021

Biləsuvarda yanğın olub, bir nəfər tüstüdən zəhərləndi

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, Teymurov Fəyaz Abış oğluna məxsus yem anbarında yanğın olub.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsinə kömək edən ev sahibinin qonşusu 22 yaşlı Xankıyev Röyal Yusif oğlu tüstüdən zəhərlənib. O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

report


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin