Azərbaycanda şagird və tələbələr üçün ictimai nəqliyyatda yenilik edilə bilər: Xüsusi vaqonlar ayrılacaq?

23:37 - 3 Sentyabr 2021

Azərbaycanda şagird və tələbələr üçün ictimai nəqliyyatda yenilik edilə bilər: Xüsusi vaqonlar ayrılacaq?

“Tədrisin ənənəvi qaydada təşkili zamanı koronavirusdan vəfat edən müəllimlərin sayı tədrisin onlayn-distant qaydada həyata keçirildiyi və ya ümumiyyətlə tədrisin tətil elan olunduğu vaxtdan daha azdır”.

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, hazırda ölkədə 1.5 milyon şagird var və onlar gün ərzində heç bir yoxlamaya cəlb edilmədən küçədə gəzir, ictimai nəqliyyatdan istifadə edir, marketə gedir, restoran və əyləncə mərkəzlərində olurlar:

“Amma məktəb açılanda onların hər səhər temperaturu yoxlanılır, hansısa əlamət müşahidə olunan şagird təcrid olunur. Eynilə orta məktəblərdə 150 min müəllim çalışır, onların da gün ərzində hər hansı bir yoxlanılması həyata keçirilmir. Tədris prosesi ənənəvi qaydada təşkil edilsə, onlar hər gün yoxlanılacaq. Əlaməti müşahidə olunan şəxslər təcrid olunacaq”.

Ekspert həmçinin qeyd edib ki, tədris ənənəvi qaydada bərpa olunanda mütləq şəkildə günün müəyyən saatlarında avtobus və metroda müəyyən vaqonlar şagird və tələbələr üçün ayırmalıdır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin