Ukrayna və ABŞ ticari əməkdaşlıq memorandumu imzaladı

21:56 - 3 Sentyabr 2021

Ukrayna və ABŞ ticari əməkdaşlıq memorandumu imzaladı

Ukrayna və ABŞ hökumətləri ticari əməkdaşlıq haqqında memorandum imzalayıb.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəd Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində imzalanıb.

Memorandum Amerika şirkətlərinin Ukraynada və Ukrayna şirkətlərinin Amerikada ticari iştirakını təşviq edir, Ukrayna və ABŞ-da rifahı, təhlükəsizliyi və iqtisadi artımı gücləndirmək üçün iki ölkənin qarşılıqlı marağını həyata keçirməyi hədəfləyir

Müqavilələrə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin