Vaksin tələbinə görə restoranlar müştərisiz qaldı - VİDEO

18:29 - 3 Sentyabr 2021

Vaksin tələbinə görə restoranlar müştərisiz qaldı - VİDEO

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı vaksin olunan şəxslər istifadə edə bilir.

Manşet.az xəbər verir ki, vaksin olunmayan şəxslər isə yalnız açıq havada xidmət göstərən məkanlara gedə bilər. 3 gündür qapalı məkanlarda vaksin olunma haqqında sənədin tələb olunması ictimai iaşə müəssisələrinin fəaliyyətinə də təsir edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin iyulun 26-da qəbul etdiyi qərara görə, bu ayın 1-dən ictimai iaşə müəssisələrindən, mehmanxanalardan və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə bilər.

Nazirlər Kabinetinin qəbul etdiyi növbəti qərara görə, oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə sözügedən obyektlərə daxil ola bilərlər.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin