Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
10:58 - 10 Aprel 2023
Biləsuvarda su kanalında meyit tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, aprelin 8-də rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.
Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqədilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin