Bakıda bu şəxsə yüksək rütbə Verildi - ƏMR

10:22 - 3 Sentyabr 2021

Bakıda bu şəxsə yüksək rütbə Verildi - ƏMR

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova yeni rütbə verilib.

Manset.az xəbər verir ki, bununla bağlı Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, E.Kələntərova polkovnik rütbəsi verilib.

Qeyd edək ki, E.Kələntərov ötən ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərov bu il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan“Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri olub.



Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin