Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
20:51 - 2 Sentyabr 2021
İranda ötən sutka ərzində 595 nəfər koronavirusdan (COVID-19) ölüb, 30 279 nəfər yoluxub.
Manşet.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 108 988 nəfərə, yoluxanların sayı isə 5 055 512 nəfərə çatıb. Virus daşıyıcılarından 7 831 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 269 508 nəfər koronavirusdan sağalıb, 29,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 28,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 9,3 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin