COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
19:06 - 2 Sentyabr 2021
Türkiyə "Fənərbağça"sı heyətini iki yeni futbolçu ilə gücləndirib.
Manşet.az "Report"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Avstriya "Zaltsburq"unun hücumçusu Mergim Berişa və Almaniyanın "Köln" komandasının yarımmüdafiəçisi Maksimilan Mayerlə anlaşıb.
Hər iki oyunçu tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Avstriyada LASK və "Altax" komandalarının da formasını geyinən Berişa ölkəsində isə "Maqdeburq"un şərəfini qoruyub. Karyerası ərzində 170 oyun keçirən 23 yaşlı forvard 70 qol vurub və 38 məhsuldar ötürmə verib. 26 yaşlı Mayer isə ölkəsinin "Şalke" və İngiltərənin "Kristal Pelas" klublarında çıxış edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin