Martdan bu yana 15 milyon doza koronavirus peyvəndi zibilə atıldı

18:59 - 2 Sentyabr 2021

Martdan bu yana 15 milyon doza koronavirus peyvəndi zibilə atıldı

ABŞ-ın aptek şəbəkələri və yerli hökumət orqanları tərəfindən 2021-ci il martın 1-dən bu yana 15,1 milyon doza koronavirus peyvəndi zibilə atılıb.

Belə ki, “Walgreens” şirkəti 2,6 milyon, CVS şirkəti 2,3 milyon, “Walmart” 1,6 milyin, “Rite Aid” isə 1,6 milyon doza peyvənddən istifadə etmədiyini açıqlayıb.

Manşet.az xəbər verir ki, bundan əlavə bir sıra ştatların səhiyyə nazirlikləri tərəfindən də peyvəndlər istifadə olunmadan atılıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin