Bakıda mənzildən 33 yaşlı kişi meyiti tapıldı

18:51 - 2 Sentyabr 2021

Bakıda mənzildən 33 yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildə meyit aşkarlanıb.

Manşet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin