Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib - FOTOLAR

14:00 - 1 Aprel 2023

Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib - FOTOLAR

Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin