Messi "Barselona"ya qayıtmaq istədiyini Xaviyə deyib

23:30 - 31 Mart 2023

Messi

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmaq istəyir.

 

Manset.az xəbər verir ki, 36 yaşlı hücumçu bu arzusunu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesə çatdırıb.

O, ən qısa müddətdə yenidən keçmiş komandasının formasını geyinməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin