Süni intellekt robotu ChatGPT-nin yeni versiyası GPT-4-ün dayandırılması tələb edildi

14:03 - 31 Mart 2023

Süni intellekt robotu ChatGPT-nin yeni versiyası GPT-4-ün dayandırılması tələb edildi

ABŞ-dakı qeyri-kommersiya Süni İntellekt və Rəqəmsal Siyasət Mərkəzi Federal Ticarət Komissiyasına müraciətində süni intellekt inkişaf etdirmə şirkəti OpenAI-nin ChatGPT-nin yeni versiyası olan süni intellekt robotu GPT-4-ün dayandırılmasını tələb edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, CAIDP FTC-yə şikayət edərək, OpenAI-ni FTC-nin ədalətsiz və aldadıcı biznes təcrübələri qanununu və süni intellekt məhsulları üçün təlimatları pozmaqda günahlandırıb.

FTC-yə edilən şikayət OpenAI laboratoriyalarını araşdırmaq və OpenAI-nin ən yeni modeli olan GPT-4-dən istifadəni dayandırmağa çağırıb.

OpenAI-nin ən yeni GPT modeli olan GPT-4-ün "aldadıcı olduğunu və məxfilik və ictimai təhlükəsizlik üçün risk yaratdığını" iddia edən CAIDP, şirkətin süni intellekt məhsullarının FTC-nin rəhbərliyində yer alan "şəffaf, açıq və hesabatlı" standartlara cavab vermədiyini iddia edib.

CAIDP, şirkətin GPT məhsullarının bazara çıxarılmadan əvvəl müstəqil olaraq qiymətləndirilməsini istədiklərini bildirib və şirkətin süni intellekt məhsulları üçün ictimaiyyətə hesabat sistemi tətbiq etməsi lazım olduğunu müdafiə edib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin