NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistonu ölkəsinin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin başa çatması münasibətilə təbrik edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq Niinistoya təbriklərini sosial şəbəkədəki mesajında çatdırıb.
“Yaxın günlərdə NATO-nun mənzil-qərargahında Finlandiya bayrağının ucaldılmasını səbirsizliklə gözləyirəm” – deyən Stoltenberq birlikdə daha güclü və inamlı olacaqlarını bildirib.
Stoltenberq yayımladığı videomüraciətdə Finlandiyanın NATO-ya rəsmi üzvlüyünün yaxın günlərdə baş tutacağını bildirib.
Manşet.az