NATO Finlandiyanı təbrik etdi

13:48 - 31 Mart 2023

NATO Finlandiyanı təbrik etdi

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistonu ölkəsinin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin başa çatması münasibətilə təbrik edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq Niinistoya təbriklərini sosial şəbəkədəki mesajında ​​ çatdırıb.

“Yaxın günlərdə NATO-nun mənzil-qərargahında Finlandiya bayrağının ucaldılmasını səbirsizliklə gözləyirəm” – deyən Stoltenberq birlikdə daha güclü və inamlı olacaqlarını bildirib.

Stoltenberq yayımladığı videomüraciətdə Finlandiyanın NATO-ya rəsmi üzvlüyünün yaxın günlərdə baş tutacağını bildirib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin