Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI
19 Aprel 2024
21:23 - 30 Mart 2023
Macarıstan Azərbaycandan təbii qazın idxalına başlayır.
Manset.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı ölkələrinin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Siyerto qeyd edib ki, ölkəsi gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır.
Qeyd olunur ki, bu ilin sonunadək Macarıstan Azərbaycan qazının idxalına başlayacaq. Budapeşt ölkəmizdən 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin