Azərbaycan daha bir ölkəyə qaz SATACAQ

21:23 - 30 Mart 2023

Azərbaycan daha bir ölkəyə qaz SATACAQ

Macarıstan Azərbaycandan təbii qazın idxalına başlayır.

 

Manset.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.

Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı ölkələrinin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Siyerto qeyd edib ki, ölkəsi gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır.

Qeyd olunur ki, bu ilin sonunadək Macarıstan Azərbaycan qazının idxalına başlayacaq. Budapeşt ölkəmizdən 1-2 milyard kubmetr qaz alacağını gözləyir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin