COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:17 - 2 Sentyabr 2021
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.
Manset.az xəbər verir ki, onun rekordu DÇ-2022-nin İrlandiya ilə bu gün keçirilən görüşündə qeydə alınıb.
Matçın 89-cu dəqiqəsində fərqlənən 36 yaşlı hücumçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb. Portuqaliya millisində 110-cu qolunu vuran futbolçu İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu qırıb. Azərbaycan əsilli Daei millidə 109 dəfə rəqib qapılarına yol tapıb.
Ronaldo görüşün 90+6-cı dəqiqəsində isə daha bir qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin