Azərbaycanda dollar qıtlığı yarana bilərmi? - VİDEO

15:10 - 30 Mart 2023

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? - VİDEO

Son vaxtlar ölkəmizdə dollar tələb artıb. Artım Mərkəzi Bankın təşkil etdiyi sonuncu hərracda da müşahidə  edilib.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xarici  valyuta  tələbi  96, 3  milyon  dollar  olub.   Bu   əvvəlki  hərracdan  48,4  milyon dollar çoxdur.

Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyir ki , Mərkəzi Bankın təşkil ediyi sonuncu hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Onun sözlərinə görə əvvəlki hərracda sifarişin həcmi 47.9 milyon dollar təşkil edib.

O, hesab edir ki, dollara tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir. Bəs bu artım tendensiyası manat üçün risk yaradırmı?

Vüqar Bayramov əlavə edib ki, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin