<

Azərbaycan basketbolunda ilk

18:44 - 29 Mart 2023

Azərbaycan basketbolunda ilk

Aprelin 3-də qadınlar arasında ilk dəfə olaraq basketbol üzrə Azərbaycan kubokunun oyunlarına start veriləcək.

 

Manset.az xəbər verir ki, BBA, “Alov”, PH və “AZE U-16” komandalarının iştirak edəcəyi Azərbaycan kubokunda oyunlar dairəvi sistemdə keçiriləcək.

Turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar. Final qarşılaşması aprelin 10-da keçiriləcək.

Basketbol üzrə Azərbaycan Kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçiriləcək və federasiyanın “youtube” hesabından canlı olaraq təqdim olunacaq.


Digər xəbərlər

Xəbər xətti

25 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin