Əməyin mühafizəsi haqqında qanun hazırlanır

18:33 - 29 Mart 2023

Əməyin mühafizəsi haqqında qanun hazırlanır

"Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanacaq.

 

Manset.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial- iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparılacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin