Məşhur iş adamının qatil olduğu ortaya çıxdı

14:19 - 29 Mart 2023

Məşhur iş adamının qatil olduğu ortaya çıxdı

Yaponiyada evli iş adamı Kazuki Miyamotonun gənc universitet tələbəsinin içkisinə siçovul zəhəri qataraq öldürməkdə ittiham edilərək saxlanılması ölkədə böyük əks-səda doğurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, varlı iş adamı olan 37 yaşlı Miyamoto Kyoto şəhərində gecələdiyi 21 yaşlı kollec tələbəsi Hinako Hamanonu tallium zəhəri ilə öldürdüyü iddiası ilə saxlanılıb. Məşhur iş adamının gənc qadını içkisinə zəhər qataraq öldürdüyü iddia edilir.

Digər tərəfdən, hadisə ilə bağlı aparılan istintaqda daha bir şok ittiham ortaya çıxıb. 2020-ci ildə müəmmalı şəkildə həyatını itirən və Miyamotoya böyük sərvət qoyan bibisinin bədənində də tallium zəhərinin tapıldığı bildirilib.

Qədim dövrlərdə siçovul zəhəri kimi istifadə edilən tallium 100 ildən çox əvvəl bir çox ölkədə qadağan edilmiş çox zəhərli bir maddə kimi tanınır. Qoxusuz və dadsız olan zəhərin yalnız bir qramı insanı öldürə bilər.

Kazuki Miyamoto gənc kollec tələbəsini zəhərləməkdə təqsirli bilinərsə, onu ölüm cəzası gözləyir.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin