Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai Santa Fe " və "VAZ 2106" markalı avtomobil toqquşub.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Hadisə nəticəsində "VAZ-2106" avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.