Türkiyədə koronavirusdan rekord sayda ölüm qeydə alındı

21:39 - 1 Sentyabr 2021

Türkiyədə koronavirusdan rekord sayda ölüm qeydə alındı

Türkiyədə bu il mayın 6-dan bəri yeni növ koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Belə ki, sutka ərzində xəstəlikdən 290 nəfər dünyasını dəyişib. Pandemiya başlayandan ölkədə ən çox ölüm aprelin 30-da olub (394 nəfər).

Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 302 869 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 164 nəfər sağalıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin