Bir müddət əvvəl küsülü olduqlarını sosial şəbəkə vasitəsi ilə büruzə verən məşhur cütlük, aparıcı və aktyor İlkin Həsəni və bloqer xanımı Aysel Həsəni barışıb.
Manset.az xəbər verir ki, Aysel sosial şəbəkə hesabında İlkinin əlinin tutduğu yerdə çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb.
Sözügedən barışıq fotosuna isə ürək işarəsini qoyub. Bununla Aysel İlkinlə barışdığına işarə vurub.
Bundan əlavə hər ikisi bir-birini "Instagram" hesablarından sildiyi kimi yenidən izləməyə alıblar.
Qeyd edək ki, 2017-ci ildə evlənən aşiqlərin Alisa adlı qız övladı var.