Türkiyə İran vətəndaşı olan 26 məhbusu ölkələrinə ekstradisiya edib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü İranın Qərbi Azərbaycan əyalətinin məhkəmə hakimiyyətinin başçısına istinadən “Tasnim” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, məhkum edilmiş vətəndaşların köçürülməsi prosesi İran-Türkiyə sərhədində, Bazarqan keçid məntəqəsi ərazisində (İranın şimal-qərbində) baş verib.
Ekstradisiya edilən 26 məhbusun hamısı lazımi hüquqi prosedurlar tamamlandıqdan sonra Bazarqan şəhər həbsxanasına köçürüləcək.
Agentlik bu İran vətəndaşlarının Türkiyədə hansı ittihamlarla mühakimə olunduqları barədə ətraflı məlumat verməyib