"Azarkeşlərin bizi fitə basacağını bilirdik" - Türk futbolçu

11:38 - 26 Mart 2023

Türkiyə milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistanı 2:1 hesabı ilə məğlub edib.

 

Manset.az Sportal.az-a istinadən xəbər verir ki, "ay-ulduzlular"ın fiutbolçusu Salih Özcan matçdan sonra açıqlama verib. "Borussiya"nın yarımmüdafiəçisi çətin oyun olduğunu bildirib:

"Azarkeşlərin bizi fitə basacağını bilirdik. Çox çətin və sərt matç olacağını təxmin edirdik. Ancaq qələbə qazanmağı bacardıq. Avro-2024 yolunda ilk addımı atdıq. Topu özümüzdə saxlamağa çalışdıq və bunu bacardıq. Nəticədə 2 qol vurduq və ölkəmizə 3 xalla qayıdırıq".


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin