"Qalatasaray" Bakıya 23 futbolçu ilə gəlir - SİYAHI

22:37 - 25 Mart 2023

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ının Bakıya gətirəcəyi heyət açıqlanıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun siyahısında 23 oyunçu yer alıb.

Bunların 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 12. Atakan Ordu, 34. Okan Koçuk

Müdafiəçilər: 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy

Yarımmüdafiəçilər: 6. Lukas Torreyra, 6. Fredrik Midtşö, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir, 59. Caner Doğan, 64. Xuan Mata

Hücumçular: 18. Bafetimbi Qomis, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin