Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - SİYAHI

18:13 - 25 Mart 2023

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - SİYAHI

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə “Azərbaycan Milli Qəhrəmanı” adı rəsmiləşdirilib.

 

Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi.

1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər.

Onların ümumi sayı 42 nəfərdir. “Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanov olub.

Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb.

Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb.

Manset.az Bizim.Media-ya istinadən həmin siyahını təqdim edir:

1. Məhərrəm Seyidov

2. Əlif Hacıyev

3. Valeh Müslümov

4. Mehdi Abbasov

5. Albert Aqarunov

6. Mikayıl Cəbrayılov

7. Vüqar Hüseynov

8. Səfəralı Məmmədov

9. Nofəl Quliyev

10. Yuri Kovalyov

11. Yusif Əliyev

12. İlham Əliyev

Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib.

Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır:

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. İbad Hüseynov

4. Vahid Quliyev

5. Şahin Tağıyev

6. Fəxrəddin Cəbrayılov

7. Ehtiram Əliyev

8. Fariz Qəhrəmanov

9. Mədət Quliyev

10. Mirzə Quliyev

11. Zabit Quliyev

12. Fariz Mədətov

13. Mövsüm Məmmədov

14. Sahil Məmmədov


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin