Novruz bayramında Abşeron Milli Parkında bir gün - FOTOLAR

13:28 - 25 Mart 2023

Novruz bayramında Abşeron Milli Parkında bir gün - FOTOLAR

Novruz bayramı ilə əlaqədar elan olunan tətil günlərində Abşeron Milli Parkında "Kamp Əyləncəsi" adlı bir gün keçirilib. 

 

Manset.az xəbər verir ki, Milli Parkı ziyarət edən turistlərin, dəvətli qonaqların qatıldığı əyləncədə Zaqulba FM komandası iştirak edib.

Komandanın təşkilatçılığı, ziyarətçilərin iştirakı ilə canlı gitar musiqisi ifa olunaraq ocaq ətrafında maraqlı söhbətlərlə əsl kamp həyəcanı yaşanıb. Bununla yanaşı, ziyarətçilər gün batımını da izləyib.

Eyni zamanda, tədbir zamanı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ziyarətçilərə açıq havada yaddaqalan və əyləncəli istirahət yaşatmaq məqsədilə növbəti kamp əyləncəsinin may ayında təşkil olunması planlaşdırılır.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin