Sabahkı oyuna metro ilə gedib-gələcəklərin nəzərinə!

12:24 - 25 Mart 2023

Sabahkı oyuna metro ilə gedib-gələcəklərin nəzərinə!

“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında martın ayının 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

 

“Bakı Metropoliteni” QSC-dən Manset.az-a verilən məlumata görə, matçın başlanması ərəfəsində arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə rahat hərəkətini təmin etməkdir.

Gün ərzində qatarlar “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla hərəkət edəcək. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbi ilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq. Bununla belə, sərnişin sıxlığı yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq”,- məlumatda qeyd olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin