İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

21:23 - 24 Mart 2023

İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

İranda zəlzələ nəticəsində yaralananların sayı 165-ə çatıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər) yerləşib.

Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin