İstanbulda meşələrə giriş qadağası sentyabrın 30-dək uzadıldı

18:39 - 1 Sentyabr 2021

İstanbulda meşələrə giriş qadağası sentyabrın 30-dək uzadıldı

İstanbul Valiliyi meşələrə giriş qadağasının sentyabrın 30-dək uzadıldığını açıqlayıb.

Bu barədə Manşet.az Anadolu agentliyinə istinadən xəbər verir.

Valiliyin açıqlamasına görə, müvafiq qərar milli sərvət olan meşələrin bərpası üçün atılıb.

"Artan istilər və güclü külək səbəbindən meşələrə girməyə, ətrafında və ya içərisində piknik təşkil etməyə ayın 30-dək icazə verilməyəcək", - açıqlamada deyilir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin