Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
11:55 - 18 İyun 2021
Hindistanda Qanq çayında üzən sandığın içindən canlı uşaq tapılıb.
Manşet.az xəbər verir ki, bu barədə “Daily Mail” kadrlar təqdim edib.
Məlumata görə, həmin vaxt qayıqda üzən bir kişi uşağın ağlama səsini eşidib. Özünü çaya atan kişi, səsin taxta qutudan gəldiyini müəəyən edib və onu sahilə çıxardıb.Sahildə sandığı açanda qırmızı şərfə bürünmüş körpəni görüb. Sandığın içi hindu ilahələrinin təsvirləri ilə bəzənmiş forma da olub.
Körpə tibb müəssisəsinə çatdırılıb. Orada 21 günlük olduğu müəyyənləşdirilən qız sosial xidmətlərə təhvil verilib.
Qeyd edək ki, Hindistan dünyada ən çox qız uşağı öldürən ölkələr siyahısında ilk yerlərdən birini tutur. Burada qızlar ağır yük hesab olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin