"Biz də qəzada itirmişik..." - Brilliantdan Dilarəyə təsəlli

16:56 - 24 Mart 2023

Xalq artisti, müğənni Brilliant Dadaşova mərhum prodüser Oqtay Əliyevlə bağlı paylaşım edib.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, o, mərhum rejissor, prodüser Oqtay Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva ilə arxiv görüntülərini yayımlayıb.

Müğənni paylaşımında "Dilarə, Allah sənə səbr versin. Biz də balaca uşaq ikən anamızı avtomobil qəzasında itirmişdik. Bu, təsəlli edilməyəcək ağır faciədir", - deyə aktrisaya dəstəyini ifadə edib.

Xatrıladaq ki, əməkdar mədəniyyət işçisi, "SOY" prodakşının rəhbəri Oqtay Əliyev martın 22-i Abşeron rayonu, Saray yolunda avtomobili ilə hərəkət edərkən, idarəetməni itirib. Qəza nəticəsində o, vəfat edib, aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki xəsarət alıblar.

Qeyd edək ki, hazırda Mehriban Zəki xəstəxanada müalicə alır.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin