"Barselona" baş məşqçisi ilə müqaviləni yeniləyir

17:57 - 1 Sentyabr 2021

İspaniya "Barselona"sının rəhbərliyi komandanın baş məşqçisi Ronald Kumanla danışıqlara başlayıb.

Manşet.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı mütəxəssislə yeni müqavilə imzalamaq istəyir.

Lakin sözləşmənin yenilənməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir: komanda yaxşı oyun nümayiş etdirməli, titullar qazanmalı, baş məşqçi klubun müəyyən etdiyi strategiyaya riayət etməlidir.

Qeyd edək ki, Ronald Kuman "Barselona"ya ötən ilin avqustundan başçılıq edir.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin