“Oqtayın ürəyində heç vaxt problem olmayıb” - İbrahim Borçalı

15:31 - 23 Mart 2023

“Oqtayın ürəyində heç vaxt problem olmayıb” - İbrahim Borçalı

"Hər kəsə zamanında ölüm qismət olsun”.

 

Manset.az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni İbrahim Borçalı deyib.

İ.Borçalı qeyd edib ki, Oqtay Əliyevlə sonuncu dəfə 5 ay öncə görüşüb.

"Sonuncu dəfə ay yarım olar danışdıq. Beş ay bundan öncə görüşmüşük. O çox sərt görünsə də, gözəl, zarafatcıl idi, savadlı idi.

Ürəyində heç vaxt problem olmayıb. Nə oldusa, birdən-birə oldu. İnsanları vaxtsız itiririk. Hər kəsə zamanında ölüm qismət olsun”.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin