"Əzizim Dilarə, Allah sənə səbr versin" - Aygün Kazımova (FOTO)

23:04 - 22 Mart 2023

Xalq artisti Aygün Kazımova da bu gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən Oqtay Əliyevlə bağlı paylaşım edib. 

 

Manset.az xəbər verir ki, mərhumun fotosunu sosial şəbəkə hesabında yayımlayan sənətçi O.Əliyevin xanımı Əməkdar artist Dilarə Əliyevaya başsağlığı verib.

“Çox üzücü bir xəbər… Azərbaycan incəsənətinə daha bir ağır itki. Əziz dost, sevimli insan Oqtay Əliyev faciəvi şəkildə vəfat etdi… Allah övladlarına, əzizim Dilarə xanıma səbr versin! Allah rəhmət eləsin! Amin!”, - deyə A.Kazımova vurğulayıb.

Qeyd edək ki, bu gün Saray qəsəbəsi ərasizində saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı "SOY" productionun rəhbəri, prodüser Oqtay Əliyev ürəktutmasından sükan arxasında vəfat edib.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin