Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
11:58 - 1 Sentyabr 2021
İş adamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşlarının rəhbərlik etdiyi fəaliyyətinə imkan vermədiyini iddia edir.
Bu barədə «AZSTONE» MMC-nin direktoru Əliyev Emin Sabit oğlu Manset.az-a müraciətində bildirib. O, üzləşdiyi çətinliyin aradan qaldırılması üçün Ölkə başçısı İlham Əliyevə müraciət edib:
“Bildirirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşlarının rəhbəri olduğum “AZSTONE” MMC-də qanunsuz yoxlama aparmaları və bu qanunzidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə cənab Prezident İlham Əliyevə ünvanladığım şikayət ərizəsi Prezident Administrasiyasından nəzarətə götürülərək, araşdırmanın aparılması aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.
Bu tapşırığın olmasına baxmayaraq, həmin Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən mənə qarşı təzyiqlər bugün də davam edir. Belə ki, sözügedən Agentlik sahibkarlıq fəaliyyətimin dayandırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsində qaldırdığı əsassız olaraq, iddia hakim Vidadi Məmmədov tərəfindən 30.08.2021-ci il tarixdə təmin edilmişdir.Artıq məcburam ki, rəhbri olduğum MMC-də xeyli sayda çalışan işçiləri işdən azad edərək, sahibkarlıq fəaliyyətimi dayandırım.
Bir daha Ölkə Başçısından xahiş edirəm ki, mənə qarşı təzyiq göstərən agentliyin vəzifəli şəxsləri və adlarını yuxarıda qeyd etdiyim məhkəmələrin hakimləri barədə ciddi ölçü götürülməsi barədə tapşırıq versin”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin