Əli Əsədov su probleminin səbəblərini açıqladı - VİDEO

16:00 - 17 Mart 2023

Əli Əsədov su probleminin səbəblərini açıqladı - VİDEO

“İqlim dəyişməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının azalması, digər tərəfdən əhalinin sayının artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirib”.

 

Manset.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı su probleminin səbəblərindən danışarkən deyib.

Baş nazir bildirib ki, Prezidentin tapşırığı ilə su ehtiyatlarından planlı, optimal və səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatında yaranmış problemlərin həlli hökumət qarşısında duran ən ciddi vəzifələrdən biridir:

“Dövlət başçısının Sərəncamı ilə 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə üzrə komissiya yaradılıb”, - deyə Ə.Əsədov əlavə edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin